Bakıda 2 nəfəri xəncərlə hədələyərək pullarını alan şəxslər saxlanıldılar


Digərləri 18 Dek 2018 12:33:00 205 0

Bakıda 2 nəfəri xəncərlə hədələyərək pullarını alan şəxslər saxlanıldılar

Bakıda quldurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakinləri olan 2 nəfər dekabrın 17-də saat 20 radələrində F.X.Xoyski küçəsində 2 naməlum şəxsin onları xəncərlə hədələyərək 130 manat pullarını aldıqlarını bildiriblər.

Polis əməkdaşları müraciətlə bağlı müvafiq tədbirlər görüb. 18-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Saleh Əliyev və Biləsuvar rayon sakini Samir Muradov saxlanılıblar.