“Topaz”: İnzaqi ilə Qattuzo rəqib kimi, Stuttgart-ın 13 illik “tilsimi”


İdman 18 Dek 2018 12:00:00 736 0

“Topaz”: İnzaqi ilə Qattuzo rəqib kimi, Stuttgart-ın 13 illik “tilsimi”

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru “Topaz” bu gün öz müştərilərinə 49 qarşılaşma təklif edir. Onlardan 24-nə canlı, 9-na isə həm canlı, həm də "təkli" mərc etmək olar.

Proqramda yer alan matçların əksəriyyəti kubok görüşləridir. Yalnız Almaniyada Bundesliqanın növbəti turuna start veriləcək. Fransa və İtaliya çempionatlarında isə bir oyun keçiriləcək.

İtaliya A seriyasının 16-cı turunun son matçında Milan səfərdə Bologna-nın qonağı olacaq. Keçmiş komanda yoldaşları - Filippo İnzaqi ilə Cennaro Qattuzo bu oyunda rəqib baş məşqçi kimi üz-üzə gələcək. 15 oyundan cəmi 11 xal yığan İnzaqinin Bologna-sı 18-ci yerdə qərarlaşıb. Qattuzonun Milan-ı isə 4-cü yerdədir. 8 oyundur A seriyasında qələbə üzünə həsrət qalan bolonyalılar bu axşam qalib gələcəyi halda 1 pillə irəliləyə bilər. Amma statistika Milan-ın xeyrinədir. "Rossonyerlər" Bologna ilə son 5 qarşılaşmanın hamısında qalib gəlib. Saat 23:30-da başlnacaq matça "Topaz"da bu əmsallarla mərc edə bilərsiz: Bologna-nın qələbəsi 3.95, heç-heçə 3.20, Milan-ın qələbəsi 1.90.

Almaniya Bundesliqasında bu axşam keçiriləcək 4 matçın hamısı maraqlıdır, xüsusən də Wolfsburg - Stuttgart görüşü. Ardıcıl 4 turdur uduzmayan Wolfsburg artıq turnir cədvəlində 8-ci yerə yüksəlib. Sttutgart isə autsayderlər qrupunda - 14-cü yerdədir. Stutgart sonuncu dəfə Wolfsburg-a Bundesliqa çərçivəsində səfərdə 13 il əvvəl qalib gəlib. Görək, "tilsimi" bu dəfə qırmaq olacaqmı? "Topaz"da bu qarşılaşmaya canlı və "təkli" mərc etmək olar.

Əmsallar: Wolfsburg-un qələbəsi 1.60, heç-heçə 3.35, Sttutgart-ın qələbəsi 4.50.

Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.