OPEK dağılacaq? - PROQNOZ


Digərləri 18 Dek 2018 12:11:00 282 0

OPEK dağılacaq? - PROQNOZ

OPEK yalnız dünya səviyyəsində böyük üzvlərin təşkilatı tərk etməsi nəticəsində dağıla bilər

Bakı. Elnur Bağışov - Dünyanın istehlak səbətində neft və qaz 60%-dən çox paya malikdir. Bu 60%-ə ciddi zərbə dəyəcəyini, dünyanın ən böyük neft istehsalçısının (OPEK) ləğv olunacağını düşünmək çox çətindir. Bunu Trend-ə energetika məsələləri üzrə analitik Mehdi Hüseyni deyib. Onun sözlərinə görə, OPEK yalnız dünya səviyyəsində böyük üzvlərin təşkilatı tərk etməsi nəticəsində dağıla bilər: "Bu isə mümkün deyil. Çünki OPEK-in üzvlərindən heç biri bu təşkilatdan zərbə görməyib. Bazarın neftə ehtiyacı var. Neftə tələb iqtisadiyyatın inkişafına görə artır".