Bakıda cibgirliklə məşğul olan şəxslər tutulub


Digərləri 18 Dek 2018 11:40:00 306 0

Bakıda cibgirliklə məşğul olan şəxslər tutulub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edən şəxs saxlanılıb.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 17-də Lökbatan qəsəbəsi ərazisindəki “Sədərək” ticarət mərkəzində Abşeron rayon sakini olan qadının içərisində 440 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nəriman Məmmədov saxlanılıb.