Cəlal Əliyev adına mükafat ilk dəfə yaponiyalı alimə təqdim edilib


Digərləri 18 Dek 2018 11:39:00 536 0

Cəlal Əliyev adına mükafat ilk dəfə yaponiyalı alimə təqdim edilib

Beynəlxalq Fotosintez Cəmiyyətinin təsis etdiyi "Akademik Cəlal Əliyev adına mükafat"a ilk dəfə Yaponiyanın Okayama Universitetinin professoru Şen Jian-Ren layiq görülüb.

Son.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, mükafatı alimə AMEA-da keçirilən akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfransda Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Culian İton-Ray təqdim edib.