Azərbaycanda şagirdlərin sayı 230 mindən çox artıb


Digərləri 18 Dek 2018 11:15:00 405 0

Azərbaycanda şagirdlərin sayı 230 mindən çox artıb

Son 5 ildə Azərbaycanda şagirdlərin sayı 230 mindən çox artaraq 1 milyon 500 min nəfəri ötüb.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, son 5 ildə Azərbaycanda 1-ci sinfə gedən şagirdlərin sayı 27 min nəfər artıb.

2013-cü ildə 1-ci sinfə gedən şagirdlərin sayı 138 min nəfər olduğu halda, bu il onların sayı 165 min nəfərdən çox olub.

Bu tədris ilində 2140 sinifdə 47930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib. Bu da 10-11-ci siniflərdə təhsil alanların 28 faizini təşkil edir.