AccessBank və "ASAN Məktub" cəbhəyanı kəndin uşaqlarını sevindirdi! (FOTO)


Digərləri 18 Dek 2018 11:14:53 250 0

AccessBank və "ASAN Məktub" cəbhəyanı kəndin uşaqlarını sevindirdi! (FOTO)

AccessBank növbəti dəfə "ASAN Məktub" layihəsinə dəstək verib.

Bakı. AccessBank növbəti dəfə "ASAN Məktub" layihəsinə dəstək verib. Trend-in məlumatına görə, bank bu dəfə Qazax rayonunun cəbhəyanı kəndi olan Cəfərlidə 150-yə yaxın kiçik ürəklərə sərhədsiz sevinc bəxş etdi. Belə ki, adıçəkilən kəndin kiçik sakinləri öz arzulаrını www.asanmektub.az saytında yerləşdirib. Onlar əsas istəkləri kimi isti qış paltarı, ayaqqabı, gödəkcə, məktəb ləvazimatları qeyd edib. AccessBank isə uşaqların arzularını yerinə yetirməklə kifayətlənmədi, onlara əsl bayram ab-havası yaşatdı. Hədiyyələri balacalara Şaxta baba təqdim etdi. Elə Şaxta babanın da iştirakı ilə keçirilən əyləncə proqramı isə kənd sakinlərinin sevincinə sevinc qatdı, tədbirə qatılan hər bir uşağa oyuncaqlar hədiyyə olundu.