"Anam xəstə olduğu üçün atam başqası ilə evləndi"


Şou-biznes 18 Dek 2018 10:57:00 571 0

"Anam xəstə olduğu üçün atam başqası ilə evləndi"

ARB TV-nin "Öz evimizdir" verilişinin bu həftəki qonağı rejissor Nail Naiboğlu olub.

Son.az bildirir ki, valdeyinlərindən danışan rejissor maraqlı açıqlamalar verib: "Anam xəstələndiyi üçün atam başqası ilə ailə qurdu, mən də bunu qəbul edə bilmirdim. İllər keçdikdən sonra düşündüm ki, onun da məndən başqa övladı yoxdur. Sabah qocalıq vaxtında yanında övlad olmalıdır. Hal-hazırda münasibətimiz normaldır.

Toyumda nə anam, nə atam iştirak edib. Anam xəstə olduğu üçün, atamla da küsülü olduğum üçün. Toyumu öz hesabıma etdim. Buna baxmayaraq düşünürdüm ki, hər şey yaxşdır. Lakin bilmirdim ki, həyatın ən böyük sınağı məni gözələyir".


Xəbərə aid foto