İnformasiya texnologiyaları sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib


Digərləri 18 Dek 2018 10:47:00 258 0

İnformasiya texnologiyaları sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib

Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsində "Dubai Trade"in icraçı direktoru Mahmud Əl Bastaki ilə görüş keçirilib.

Bakı. Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsində "Dubai Trade"in icraçı direktoru Mahmud Əl Bastaki ilə görüş keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Təmkin Xəlilov qonağı səmimi salamlayaraq Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS), gömrük nəzarəti və rəsmiləşdirilməsi prosesində informasiya texnologiyalarının tətbiqi, yeni innovasiya layihələri barədə məlumat verib.