Avstraliyada çamadanda dələlərlə uçan şəxs saxlanıldı


Dünya 18 Dek 2018 10:30:00 360 0

Avstraliyada çamadanda dələlərlə uçan şəxs saxlanıldı

Brisben aeroportunda Balidən uçan Avstraliya vətəndaşı saxlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, sərnişinin saxlanılmasına səbəb çamadanda iki dələni keçirməyə cəhd etməsi olub.

Ölkənin sərhəd qoşunlarının komandanı Terri Prays insidenti şərh edərkən deyib ki, vəhşi heyvanların qaçaqmalçılığı nəinki qanunsuz, həm də zorakılıqdır: "Həmin heyvanlar qapalı yerdə, havasız uzun müddət qalırlar, yemək, su istifadə etmirlər".