Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Budapeştdə beynəlxalq tədbirdə iştirak edib


Digərləri 18 Dek 2018 10:13:00 445 0

Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Budapeştdə beynəlxalq tədbirdə iştirak edib

Müəlliflər və Bəstəkarlar Təşkilatlarının Beynəlxalq Konfederasiyasının (CISAC) Avropa Regional Ofisi tərəfindən 2018-ci il 11-12 dekabr tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində müəlliflərin əmlak hüquqlarının kollektiv idarə edilməsi üzrə hüquqi məsələlərə həsr olunmuş seminar keçirilib.

Bakı. Müəlliflər və Bəstəkarlar Təşkilatlarının Beynəlxalq Konfederasiyasının (CISAC) Avropa Regional Ofisi tərəfindən 2018-ci il 11-12 dekabr tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində müəlliflərin əmlak hüquqlarının kollektiv idarə edilməsi üzrə hüquqi məsələlərə həsr olunmuş seminar keçirilib. Tədbirə müxtəlif ölkələrdən olan 70-dən artıq nümayəndə qatılıb. Seminarda Əqli Mülkiyyət Agentliyinin Aparatının rəhbəri Natiq İsayev də iştirak edib. Agentlikdən Trend-ə verilən məlumata görə, tədbirin gündəliyinə əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün istifadəsi və reprosurətçıxarma, onun əhəmiyyəti, Avropada bu istiqamətdə hüquqi inkişaf, qeyd olunan sahələrdə qarşılıqlı dialoqların yaranmasına kömək göstərilməsi, əsərlərin və fonoqramların şəxsi məqsədlər üçün istifadəsi və reprosurətçıxarma üzrə qabaqcıl metodlarının təşviqi, bu sahələrdə yığılan qonorarın müəlliflər üçün əsas gəlir mənbələrindən birinə çevrilməsi, şəxsi məqsədlər üçün surətçıxarma ilə bağlı qlobal tədqiqatların nəticələri və s. məsələlər daxil edilib.