BATE Qarabağ-ın 2 oyununa baxacaq


İdman 18 Dek 2018 09:56:00 793 0

BATE Qarabağ-ın 2 oyununa baxacaq

Goal.az-ın məlumatına görə, klubun saytına danışan 37 yaşlı mütəxəssis deyib  ki, London klubunu Qarabağ-a qarşı keçirdiyi oyunlara əsasən təhlil edəcək: "Arsenal-la ötənilki oyunlarımızın təəssüratı qalıb. Düzdür, komandada o vaxtdan indiyə kimi ciddi dəyişikliklər oldu. Ancaq daha çox informasiyanı Arsenal-ın Qarabağ-a qarşı keçirdikləri oyunlardan əldə edəcəyimizi düşünürəm. Çünki biz Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Qarabağ-a qarşılaşmışdıq və müvəfəqiyyət qazanmışdıq. Arsenal daha da irəliləyib. Premyer Liqanın sonuncu matçı istisna olmaqla, onlar dalbadal 22 rəsmi oyun idi ki, uduzmurdular".

BATE-nin baş məşqçisi Aleksey Baqa Avropa Liqasının 1/16 final mərhələsinin püşkündə  Arsenal-la düşdükdən sonra fikirlərini bildirib.

Qeyd edək ki, BATE ÇL-in üçüncü təsnifat mərhələsində Qarabağ-ı (1:0, 1:1) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz Avroliqanın qrup mərhələsində Arsenal-a hər iki  oyunda uduzub - 0:3, 0:1.