Bakıda arvadını öldürən kişinin şikayəti təmin edilmədi


Digərləri 18 Dek 2018 09:40:00 272 0

Bakıda arvadını öldürən kişinin şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsində Maştağa qəsəbəsində arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Z.Rəsulovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.