"Tramp Ərdoğana Güləni ekstradisiya edəcəyinə söz verməyib"


Dünya 18 Dek 2018 09:22:00 324 0

"Tramp Ərdoğana Güləni ekstradisiya edəcəyinə söz verməyib"

ABŞ prezidenti Donald Tramp G20 sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşü zamanı FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı üzərinə öhdəlik götürməyib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Prezident Administrasiyasının əməkaşına istinadən "Reuters" məlumat yayıb.

"G20-də prezident Ərdoğanla görüş zamanı prezident Güləni ekstradisiya edəcəyinə dair üzərinə öhdəlik götürməyib", - Ağ evin yüksəkçinli əməkdaşı bildirib.