Boksçularımız Neft Ölkələrinin Dünya Kubokunda 3 medal qazanıblar


Digərləri 18 Dek 2018 09:04:34 399 0

Boksçularımız Neft Ölkələrinin Dünya Kubokunda 3 medal qazanıblar

Rusiyanın Xantı-Mansiysk şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin XVI Dünya Kuboku keçirilib.

Bakı. Rusiyanın Xantı-Mansiysk şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin XVI Dünya Kuboku keçirilib. Yarışda Azərbaycan millisinin boksçuları da güclərini yoxlayıblar. Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, təmsilçilərimizdən Məhəmməd Abdullayev turniri qızıl medalla başa vurub. Doxsan bir kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız finalda fransalı Camili Aboudo-Moindzeni 5:0 hesabı ilə məğlub edib.