Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti İsraildə işgüzar səfərdədir FOTO


Digərləri 18 Dek 2018 08:43:00 332 0

Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti İsraildə işgüzar səfərdədir  FOTO

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdədir.

Son.az Trend-ə istinadən bildirir ki, İsrail Gömrük Xidməti rəhbəri Avraham Ben Ardetenin dəvəti ilə baş tutan səfər çərçivəsində dekabrın 16-də iki ölkənin gömrük xidməti nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu siyasət, iqtisadi islahatlar, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, qeyri-neft sektorunun inkişafı məqsədilə iqtisadiyyatın diversifikasiyasıistiqamətində görülən işlərdən danışıb.

Qeyd edilib ki, hökumətlərarası birgə komissiyanın iclasının protokoluna müvafiq olaraq, gömrük qurumlarına protokolda əksini tapan aidiyyəti məsələlərin müzakirə edilməsi və müvafiq işin aparılması tapşırılıb.

Səfər Mehdiyev, həmçinin Azərbaycan Respublikası və İsrail arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini, İsrail Gömrük Xidməti ilə əməkdaşlığa xüsusi önəm verildiyini bildirib, son zamanlar Azərbaycan gömrük sistemində aparılan islahatlar haqqında məlumat verib, eyni zamanda malların ixracı və idxalı zamanı tətbiq edilən təhlükəsizlik tədbirləri, riskin idarə edilməsi sistemi sahəsində İsrail tərəfi ilə qarşılıqlı təcrübə mübadiləsinin önəmindən bəhs edib.

İsrail Gömrük Xidmətinin rəhbəri Avraham Ben Ardete iki ölkənin gömrük orqanları arasında əlaqələrdən söhbət açıb, İsrail tərəfinin öz təcrübəsini bölüşməyə daim hazır olduğunu deyib.


Xəbərə aid fotolar