Dünyada smartfonların satışı azalmağa başlayıb


Digərləri 18 Dek 2018 08:25:00 505 0

Dünyada smartfonların satışı azalmağa başlayıb

"IDC" analitik şirkəti 2018-ci il üçün beynəlxalq smartfonlar bazarı üzrə proqnoz dərc edib.  

Son.az Ictnews-a istinadən bildirir ki, analitiklərin gözləntisinə görə, bu il smartfonların satış həcmi 2017-ci illə müqayisədə azalacaq.

Məlumata görə, cari ildə smartfonların tədarükü 2017-ci ildəki 1,47 milyarddan 1,42 milyardadək (3 faiz) azalıb. Bununla yanaşı, mütəxəssislərin proqnozuna görə, 2019-cu ildə vəziyyət düzələcək və smartfonların satışı minimum 2,6 faiz yüksələcək. Uzunmüddətli perspektivdə - 2022-ci ilədək isə smartfonların satış həcminin 1,57 milyardadək artacağı gözlənilir.