Qurani Kərimdə təriflənən TƏQVA nədir?


Digərləri 18 Dek 2018 08:11:00 593 0

Qurani Kərimdə təriflənən TƏQVA nədir?

Təqva ərəb dilində "çəkinmək, uzaq durmaq" mənasını verən "vəqayə" kökündəndir. Lüğət alimləri yazırlar ki, vəqayə - bir şeyi, onun üçün zərərli olan təhlükədən qorumaq deməkdir.

Nəhayət, təqvanın üçüncü və ən üstün dərəcəsi budur ki, insan, onu Allahdan yayındıran hər şeyə arxa çevirsin, bütün diqqətini Allaha yönəltsin. Qurani-kərimdə müsəlmanlara məhz təqvanın bu dərəcəsinə yetişmək tövsiyə edilir: "Ey iman gətirənlər! Allaha münasibətdə layiqincə təqvalı olun!" (Ali-Imran, 102).

Təqva sahibləri ayə və hədislərdə "müttəqi" adı ilə tanıtdırılır. Həzrət Əli (ə) müttəqiləri belə xarakterizə edirdi: "Müttəqilə¬rin əməlləri pak, gözləri ağlar, qəlbləri Allahdan qorxandır".

Qurani-kərimin Bəqərə surəsinin ilk ayələrində təqva sahiblərinin xüsusiyyətləri aşağıdakı şəkildə bəyan edilir: "Bu, (haqdan gəlməsinə) heç bir şəkk-şübhə yeri olmayan, təqvalılara doğru yol göstərən kitabdır. O kəslər ki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən (ehtiyaclılara) paylayırlar. O kəslər ki, sənə endirilənə (Qurana) və səndən əvvəl endirilənlərə (digər səmavi kitablara) iman gətirir və axirətə də şəksiz inanırlar. Məhz onlar öz Rəbbləri tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar la onlardır" (Bəqərə, 2-5).