2018ci ilin ən zəif parollarının


Digərləri 18 Dek 2018 08:15:00 284 0

2018ci ilin ən zəif parollarının

Məlumatların mühafizəsi sahəsində ixtisaslaşmış "SplashData" şirkəti 2018-ci ilin 100 ən zəif paroldan ibarət reytinqini tərtib edib. Reytinqdə ilk 2 pillədə 5-ci il ardıcıl olaraq "123456" və "password" parolları yer alıb.   Son.az Ictnews-a istinadən bildirir ki, 2018-ci il üzrə ən zəif parolların reytinqində ilk dəfə olaraq "Donald" şifri qeydə alınıb.   Ən zəif parolların onluğu aşağıdakı kimidir:   1. 123456 2. password 3. 123456789 4. 12345678 5. 12345 6. 111111 7. 1234567 8. sunshine 9. qwerty 10. iloveyou   Ekspertlər diqqətli olmağı və eyni parolu həm poçt, həm internet bank və başqa onlayn xidmətlərdə istifadə etməməyi tövsiyə edirlər. Təhlükəsiz parol ən azı 8 simvoldan ibarət olmalı, özündə rəqəm və hərfləri, həmçinin xüsusi simvolları (məsələn, altdan xətt, dollar və ya faiz) birləşdirməlidir. "1Password", "LastPass" və ya "Dashlane" kimi parol menecerləri təhlükəsiz parol yaratmağa imkan verir.