Avropa ölkələri İran təyyarələrinə yanacaq verməkdən imtina edirlər


Dünya 18 Dek 2018 08:08:00 346 0

Avropa ölkələri İran təyyarələrinə yanacaq verməkdən imtina edirlər

Türkiyə və Livandan əlavə, əksər Avropa ölkələri də İran təyyarələrinə yanacaq verməkdən çəkinirlər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın yol və şəhərsalma nazirinn müavini və Sivil Aviasiya Təşkilatının sədri Əli Abidzadə deyib.

Onun sözlərinə görə, son aylarda aviasiya sənayesində iki önəmli hadisə baş verib: "Birincisi valyutanın mərhələli şəkildə bahalaşması və təyyarə şirkətlərinin istifadə etdiyi valyutanın ikiqat artması, ikincisi isə ABŞ hökumətinin sanksiyaları sərtləşdirməsidir. Bu iki hadisə aviasiya sənayesinə təsir göstərmişdir".

Abidzadə əlavə edib ki, İranın Sivil Aviasiya Təşkilatında hazırkı şəraitin qorunması və bu sənayenin inkişaf etdirilməsinə səy göstərilir: "İran qabaqlar da sanksiyalar şəraitind olmuşdur. Lakin bu dəfəki sanksiyalarda aviasiya sənayesi ekspertlərinin biliyi və bacarığı öncəki sanksiyalarla müqayisədə daha yüksəkdir. Xarici ölkələrin təyyarələri, o cümlədən ABŞ təyyarələrinin eniş-uçuş etməsi üçün heç bir məhdudiyyətimiz yoxdur. İranın Sivil Aviyasiya Təşkilatının baxışınca bütün təyyarələr aeroportlarımıza eniş və uçuş edə bilərlər. Sadəcə İsrailə aid təyyarələrə məhdudiyyət vardır".