Dünya malını nəyə görə istəyirsən?


Digərləri 18 Dek 2018 07:31:00 536 0

Dünya malını nəyə görə istəyirsən?

İmam Baqirin (ə) səhabəsi Əbu Bəsir ömrünün sonlarında kor olmuşdu. Həcc zamanı o, İmamın hüzuruna gəlir və sevincək halda söyləyir: "Gör, bu il nə qədər hacı var! Onların dua səsi hər yeri bürüyüb!". İmam cavab verir: "Əslində hacılar azdır, çığırıb səs-küy salanlar çoxdur!". Sonra İmam soruşur: "Dediklərimi əyani şəkildə görmək istəyirsənmi?". Əbu Bəsir razılığını bildirəndə, İmam əlini onun gözlərinə sürtür və gözləri açılır. İmam buyurur: "İndi hacılara bax!". Əbu Bəsir deyir ki, dəstə-dəstə qaynaşan hacıların çoxusunun əcaib heyvan şəklində olduğunu gördüm. Aralarında insan qiyafəsində olanlar qaranlıq səmadakı ulduz kimi az idi.

Bir nəfər İmam Sadiqin (ə) yanına gəlib nigarançılıqla söylədi: "Vallahi, mən dünyaya aludə olmuşam və dünyanı ələ keçirmək tamahına tutulmuşam". İmam ondan soruşdu: "Dünya malını nəyə görə istəyirsən, bu maldan hansı məqsədlə istifadə etmək niyyətindəsən?". O adam belə cavab verdi: "İstərdim ki, pulumun bir hissəsini özümə və ailəmə sərf edim, bir hissəsini qohumlara xərcləyim, bir hissəsini sədəqə kimi paylayım, bir hissəsi ilə də həccə və ümrəyə gedim". İmam həmin şəxsə belə söylədi: "Bu, dünyapərəstlik yox, axirətpərəstlikdir"