Əgər nə isə itirmisinzsə...


Digərləri 18 Dek 2018 07:22:00 358 0

Əgər nə isə itirmisinzsə...

Həzrət Əli (ə) buyurub: "Kimin bir şeyi itsə, 2 rükət namaz qılsın. Hər rükətdə "Həmd" surəsindən sonra "Yasin" surəsini oxusun, namazdan sonra isə belə desin: "Əllahümmə ya hədiyəz-zalləti ruddə ələyyə zalləti" (Tərcüməsi: Ey səhv yoldan doğru yola yönəldən Allahım, məni doğru yola yönəlt!).

Şeyx Kəfəmi "Misbah" kitabında itmiş şeyin tapılması üçün məsumlardan bu duanı rəvayət edib: "Əllahummə ya hadiyaz-zalləti və rəddəz-zalləti əsalukə biizzətikə və sultanikə ən tusalliyə ala Muhəmmədin və Ali-Muhəmməd. Və ən təruddə ələyyə zalləti fəinnəha min ətaikə və fəzlikə və rizqik" (Tərcüməsi: "Ey səhv yoldan qaytararaq doğru yola yönəldən Allahım! İzzət və Qüdrətinə xatir Məhəmməd və Ali Məhəmmədi xeyirlə əhatə et və məni səhv yoldan qaytararaq ehsan etdiyin lütf və ruzinlə dolu doğru yola yönəlt").