Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasına eləbelə qalxmayıb


Digərləri 18 Dek 2018 07:00:00 343 0

Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasına eləbelə qalxmayıb

Bu faktlar əsgər və zabitlərimizin döyüş hazırlığına müsbət təsir göstərir

Bu faktlar əsgər və zabitlərimizin döyüş hazırlığına müsbət təsir göstərir.

"Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü silahlı qüvvələri arasındadır. Ordumuz bu səviyyəyə birdən-birə, elə-belə gəlib qalxmayıb. Ordumuz bu mərhələyə çatmaq üçün uzun və şərəfli yol keçib. Eyni zamanda, bu, ölkə rəhbərliyinin, xüsusən Ali Baş Komandan cənab İlham Əliyevin lazımi nəzarəti, diqqət və qayğısı nəticəsində baş verib".

Bu barədə Son.az-a veteran hərbçi, ehtiyatda olan polkovnik, ekspert Şair Ramaldanov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sabunçu rayonunda hərbçilərə yeni mənzillər verməsini, həmin mərasimdəki çıxışını və Azərbaycan Ordusunun hazırki səviyyəsini şərh edərkən bildirib.

Prezident İlham Əliyev: "Şəhid vərəsələrinə 11 min manat verilməsinə başlanıb, təqribən 10 minə yaxın ailə bu pul təminatını alacaq" Polkovnikin fikrincə, Ali Baş Komandan daim silahlı qüvvələrin potensialını yüksəldilməsini, gücünün artırılmasını, ən müasir silah və texnika ilə təmin edilməsini, ümumilikdə ordu quruculuğunu diqqət mərkəzində saxlayır: "Azərbaycanın ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqların azad edilməsi, ümumilikdə SQ-in öz funksiyalarını yerinə yetirməsi ilə bağlı nə lazımdırsa edilir, fəaliyyət göstərilir. Bu gün Azərbaycan Silahlı Qüvvələri istər kadr potensilı, istər maddi-texniki təchizat, istərsə də silah və texnika baxımından günümüzün ən müasir tələblərinə cavab verir.

Digər tərəfdən, cənab prezident hərbçilərin sosial-məişət problemləri ilə yaxından maraqlanır, onların aradan qaldırılması üçün lazım olan sərəncamlar, göstəriş və tapşırıqlar verir.

Biz bunun nəticələrini ilk növbədə cəbhədə, qoşunların təmas xəttində hərbçilərimiz üçün yaradılmış şəraitə baxdıqda açıq-aşkar görürük. İndi ən ucqar postlarda, dağlarda, çöllükdə əsgərlərimizin təminatı ən yüksək səviyyədədir. Onlar demək olar ki, yarım il ərzində həm yemək, həm geyim, həm tibbi təminat baxımından tam avtonom şəkildə fəaliyyət göstərə bilirlər.