TərtərGoranboy yolunun kənarında təhlükəli tapıntı FOTO


Digərləri 18 Dek 2018 07:05:00 311 0

TərtərGoranboy yolunun kənarında təhlükəli tapıntı  FOTO

Tərtər-Goranboy avtomobil yolunun kənarından tank əleyhinə mina tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Son.az-a verilən məlumata görə, quruma Tərtər rayonu, Seydimli kəndi ərazisində minanın tapılması barədə daxil olan məlumat əsasında Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Tərtər-Goranboy avtomobil yolunun kənarına baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən bir ədəd təlim məqsədli tank əleyhinə mina (TM-62, tərkibində heç bir partladıcı olmayan) aşkarlanıb və ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.


Xəbərə aid fotolar