Bu qadın özünü elm naminə qurban verib Ölümündən sonra meyiti 27.000 rəqəmsal hissəyə bölünüb VİDEO


Digərləri 17 Dek 2018 23:48:00 447 0

Bu qadın özünü elm naminə qurban verib  Ölümündən sonra meyiti 27.000 rəqəmsal hissəyə bölünüb  VİDEO

Syu Potter müasir insanlıq tarixində ilk dəfə elm və tibbin inkişafı naminə könüllü olaraq meyitinin rəqəmsallaşmasına və elmi araşdırmalar üçün istifadə olunmasına razılıq verib.

Son.az medicina.az-a istinadən bildirir ki, o 1927-ci ildə Almaniyada doğulub. Müharibə illərində ABŞ-a miqrasiya edib. 2000-ci ildən tək yaşayan qadın dəri xərçəngi, diabet, süd vəzi xərçəngindən əziyyət çəkir və həyatı boyu bir neçə əməliyyat keçirib. 

Bir dəfə qadın professor Viktor Spitserin novator layihəsi barədə oxuyur. Alimlər 2 insanın meyitini balzamlaşdırıb, dondurublar. Onların bədəni çox nazik, tük kimi lazer kəsiklərlə millimetrlik hissələrə bölünüb.  Bu meyitlər üzərində tibb işçiləri və gələcəyin alimləri canlı adamdakı kimi işləyə bilirlər. 

Syu da bu layihədə üçüncü olmaq istəyir.  Professor Spitser ilk əvvəl etiraz etsə də, sonradan razılaşır. Bir şərtlə ki, qadın ömrünün son gününə kimi gündəlik tutaraq gündəlik həyatını, hisslərindən tutmuş yeməyinə kimi hər şeyi qeyd etməlidir.