Qışda dərini necə qoruyaq? Bunun üçün bir dəsmal və çobanyastığı lazımdır


Digərləri 17 Dek 2018 23:51:00 369 0

Qışda dərini necə qoruyaq?  Bunun üçün bir dəsmal və çobanyastığı lazımdır

Soyuq aylarda külək, şaxta, rütubətli hava və yağıntılar öz gözəlliyinə biganə qalmayan xanımlar üçün arzuolunmaz hallar yaradır. Həmin havada üz və əl dərisi, göz ətrafı, dodaqlar quruyaraq kobudlaşır, saçlar öz təravətini və canlılığını itirərək solğunlaşır. Ona görə də qış fəsli bir çox qadınlar üçün quruyan və qaşınan dəri, çatlamış dodaqlar və elektrikləşmiş saçlarla assosiasiya olunur.

Bəs qışda dərini şaxtanın təsirlərindən necə qorumaq olar?

Son.az medicina.az-a istinadən bununla bağlı dermatoloq və kosmetoloq məsləhətlərini təqdim edir:

Qış aylarında çox isti vanna və duş qəbul etmək dəridəki təbii yağların ifrazını artırır, onun qorunmasını yaxşılaşdırır. Belə havada duş qəbul etmək dəri üçün çox xeyirlidir. Duş qəbul edərkən 15 saniyə soyuq suyun altında qalmaq lazımdır, daha sonra suyun istiliyi bir az da artırılır və azaldılır. Proseduru 2 dəqiqə ərzində aparmaq sadə hidroterapiya əməliyyatıdır. Həmin üsulla orqanizmin qan dövranını təmizləyərək dərinin təravətlənməsinə nail olmaq mümkündür.