"Evimin qarşısında səs salmayın" deyib 3 nəfəri güllələdi FOTO


Digərləri 17 Dek 2018 23:55:00 362 0

"Evimin qarşısında səs salmayın" deyib 3 nəfəri güllələdi  FOTO

Türkiyənin Kütahya şəhərində 3 nəfər güllələnib.

Son.az bildirir ki, gecə saat 02:30 radələrində şəhərin Pirler məhəlləsində Sezai K. adlı sakin gecə saatlarında evinin qarşısında səs-küy salan şəxslərlə mübahisə edib. Mübahisəyə onun evində qonaq olan Mustafa Ç. Adlı şəxs də qoşulub. Gənclərin səs-küy salmağa davam etdiyini görən ev sahibi və qonağı silah pəncərədən atəş açmağa başlayıb. 25 yaşlı Anıl, 17 yaşlı Yalçın və onun qardaşı 16 yaşlı Salih güllə xəsarətləri alıblar və xəstəxanaya çatdırılıblar.

Evdə axtarış aparan polis qanunsuz olaraq saxlanılan 2 tapança və 1 tüfəng götürüb.


Xəbərə aid fotolar