Pekindəki "Yasaq şəhər" bu il dünyanın ən çox ziyarət edilən muzeyi olub


Digərləri 18 Dek 2018 00:00:00 347 0

Pekindəki "Yasaq şəhər" bu il dünyanın ən çox ziyarət edilən muzeyi olub

Çindəki "Yasaq şəhər", qədimdə imperatorun qış iqamətgahı, indi isə "Ququn" ("Qədim saray") kompleksi 2018-ci ildə dünyanın ən çox ziyarət edilən muzeyi olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Pekində yerləşən bu muzey ötən həftə 2018-ci il ərzində 17 milyonuncu ziyarətçini qəbul edib ki, bu da ötən illə müqayisədə 6,25 faiz çoxdur. Hazırda Yasaq şəhərə gündə 80 mindən çox ziyarətçi buraxılmır. Muzeyin memarlığının və eksponatların qorunmasına yönələn bu məhdudiyyət artıq iki aydan çoxdur ki, qüvvədədir.

"Ququn" muzeyi ilkin olaraq 1925-ci ildə imperator sarayları kompleksinin ərazisində yaradılıb. Pekinin bu hissəsi "Yasaq şəhər" adı ilə tanınır. Burada 1,86 milyonadək eksponat var və onların yalnız 2 faizi sərgilərdə və daimi ekspozisiyalarda nümayiş olunub.