Qabriel Qarsiya Markesin qohumu girovluqdan xilas edilib


Digərləri 17 Dek 2018 23:18:00 345 0

Qabriel Qarsiya Markesin qohumu girovluqdan xilas edilib

Kolumbiyada yazıçı Qabriel Qarsiya Markesin qohumu girovluqdan azad edilib.

Son.az "report"-a istinadən bildirir ki, bunu Kolumbiya prezidenti İvan Duke deyib.

"Kolumbiya silahlı qüvvələri və polisinin Maqdalena departamentində həyata keçirdiyi qüsursuz əməliyyat nəticəsində Melisa Martines Qarsiyanı xilas etmək mümkün olub", - deyə Duke bildirib.