ABŞ bir əsr bundan əvvəl apardığı kilsə zənglərini Filippinə qaytarıb


Digərləri 17 Dek 2018 23:00:00 609 0

ABŞ bir əsr bundan əvvəl apardığı kilsə zənglərini Filippinə qaytarıb

Filippin-ABŞ müharibəsi zamanı Amerika ordusu tərəfindən aparılan Samar adasındakı kilsəyə məxsus üç zəng 100 ildən sonra Filippinə qaytarılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yerləşdiyi şəhərin adından götürülmüş "Balanqiq zəngləri" adı ilə tanınan bürünc zənglər dekabrın 15-də həmin kilsəyə qaytarılıb.

Zənglərin qaytarılmasına həsr olunan mərasimdə Filippin Prezidenti Rodriqo Duterte kilsənin qarşısına toplaşan mindən çox sakinin qarşısında həmin zəngləri səsləndirib.