Tərtər rayonunda tank əleyhinə mina tapılıb FOTO


Digərləri 17 Dek 2018 22:47:00 616 0

Tərtər rayonunda tank əleyhinə mina tapılıb  FOTO

Tərtər rayonunda 1 ədəd təlim məqsədli tank əleyhinə mina (TM-62) aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, dekabrın 17-də tarixində saat 17:44-də Daxili İşlər Nazirliyinin "102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 18:03-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tərtər rayonu, Seydimli kəndi ərazisində minanın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Tərtər-Goranboy avtomobil yolunun kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı olmayan) tank əleyhinə mina (TM-62) (tərkibində heç bir partladıcı olmayan) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Xəbərə aid fotolar