Boyu balaca, faydası böyük


Digərləri 17 Dek 2018 21:44:00 413 0

Boyu balaca, faydası böyük

Kiçik ölçülü, qeyri-adi dada malik olan kinkan meyvəsi çox faydalı xüsusiyyətlərə malikdir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Kinkan A, B qrupu, C, E, P vitaminlər, kalsium, kalium, dəmir, fosfor kimi mikroelementlər, pektin maddələr və efir yağları ilə zəngindir.

Bu meyvənin maraqlı xüsusiyyəti ondan ibarətdir ki, onu qabıqlı yemək olar. Kinkanın qabığı da çox faydalıdır.

Kinkan immun sistemini möhkəmləndirir, orqanizmin infeksiyalara və mikroblara qarşı davamlılığını artırır, göbələk əleyhinə təsirə malikdir.

Kinkan soyuqdəymə, öskürək, respirator infeksiyaları zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.

Kinkan həzm sisteminə də müsbət təsir edir, mübadilə prosesləri normallaşdırır, mədə şirəsinin ifrazını artırır, mədə-bağırsaq sistemində yaşayan zərərli mikroorqanizmləri məhv edir.