Tərtər rayonunda tank əleyhinə mina tapılıb (FOTO)


Digərləri 17 Dek 2018 21:46:40 379 0

Tərtər rayonunda tank əleyhinə mina tapılıb (FOTO)

Tərtər rayonunda 1 ədəd təlim məqsədli tank əleyhinə mina (TM-62) aşkar olunub.

Bakı. Tərtər rayonunda 1 ədəd təlim məqsədli tank əleyhinə mina (TM-62) aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, dekabrın 17-də tarixində saat 17:44-də Daxili İşlər Nazirliyinin “102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 18:03-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Tərtər rayonu, Seydimli kəndi ərazisində minanın tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.