Zəhmət kəndində dumanlı hava şəraiti qəzaya səbəb olub, xəsarət alanlar var


Digərləri 17 Dek 2018 21:23:18 535 0

Zəhmət kəndində dumanlı hava şəraiti qəzaya səbəb olub, xəsarət alanlar var

Gədəbəy rayonunda yol qəzası baş verib.

Son.az "report"-a istinadən bildirir ki, hadisə rayonun Zəhmət kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Bayram Yaşar oğlu İsmayılov və 1978-ci il təvəllüdlü Cabir Rasim oğlu Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qəzaya dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.