İƏT ölkələri arasında ticarət dövriyyəsi 2 dəfə artacaq


Digərləri 17 Dek 2018 21:13:25 311 0

İƏT ölkələri arasında ticarət dövriyyəsi 2 dəfə artacaq

Hazırda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında ticarətin həcmi ildə 60 milyard dollardır.

Bakı. Elnur Bağışov - Hazırda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında ticarətin həcmi ildə 60 milyard dollardır. 2025-ci ilədək bu rəqəm 120 milyard dollara çatmalıdır. Trend-in məlumatına görə, bunu İƏT baş katibi Hadi Sultanpur təşkilatın regional proqramlaşdırma şurasının iclasının kluarlarında jurnalistlərə deyib. Onun sözlərinə görə, dünya ticarətinin 7,7%-i İƏT-ə üzv ölkələrə məxsusdur. H.Sultanpurun sözlərinə görə, proqrama əsasən qərara alınıb ki, hər il üzv ölkələr arasında ticarət təxminən 10 milyard dollar artsın. Bu məqsədə çatmaq üçün isə lazımi mexanizm düşünmək lazımdır: