Feysbuk müsəlmanlara görə Netanyahunu cəzalandırdı


Dünya 17 Dek 2018 20:59:00 437 0

Feysbuk müsəlmanlara görə Netanyahunu cəzalandırdı

Feysbuk İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahunun fələstinli müsəlmanları hədəf alan paylaşımını silib və səhifəsini 24 saatlıq bloklayıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, şirkətin bu addımının ardından Feysbuku hədəf alan Yair Netanyahu sosial şəbəkəni "fikir polisliyi" etməkdə ittiham edib.

"Fesbuk onu tənqid etdiyim üçün hesabımı 24 saatlıq əngəlləyib. Düşüncə polisidir. İnanılmaz", - Yair Netanyahu bildirib.