İran prezidentinin kürəkəni istefa verdi


Dünya 17 Dek 2018 20:09:00 429 0

İran prezidentinin kürəkəni istefa verdi

İranın sənaye, mədən və ticarət nazirinin müavini, Geologiya və Mədən Kəşfləri Təşkilatının sədri Kambiz Mehdizadə tutduğu vəzifədən istefa verib.

Son.az Trend-ə istinadən bildirir ki, İran prezidenti Həsən Ruhaninin kürəkəni olan K.Mehdizadə ötən cümə günü nazir müavini vəzifəsinə təyin edilmişdi.

Onun İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaniyə ünvanladığı istefa məktubunda bildirilir: "Bu dövrdə məni nazirlikdə fəaliyyət göstərməyə dəvət etdiyiniz və mənə etimad etdiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Vəzifədən ayrılmaq və öz elmi və araşdırma fəaliyyətimi davam etdirmək üçün sizdən icazə istəyirəm".