İngilis dilində ilin sözü "ədalət" oldu


Dünya 17 Dek 2018 19:54:00 385 0

İngilis dilində ilin sözü "ədalət" oldu

ABŞ-ın "Merriam-Webster" lüğətinin mütəxəssisləri "ədalət" (justice) sözünü 2018-ci ilin sözü seçib.

Son.az Trend-ə istinadən xəbər verir ki, lüğətin yaydığı bəyanatda qeyd olunur ki, il ərzində saytda ən çox axtarışa verilən söz məhz ədalət sözü olub.

Buna səbəb kimi, ABŞ-da il ərzində məhkəmə orqanları ilə bağlı müzakirələrin davam etməsi göstərilib.