Bərdədə bacıların faciəsi:


Digərləri 17 Dek 2018 19:34:00 351 0

Bərdədə bacıların faciəsi:

Bərdə rayonunda zəhərlənmə hadisəsi baş verib. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Rayon sakinləri - 2005-ci il təvəllüdlü Əliyeva Fatma Saleh qızı və kiçik bacısı, 2008-ci il təvəllüdlü Əliyeva Gülay Saleh qızı dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İki bacının reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Həkimlərin bildirdiyinə görə, hər ikisinin vəziyyəti kafidir. Hadisəyə səbəb vanna otağında dəm qaz sızması olub. Faktla bağlı araşdırma aparılır.