Bəzi restoranlar insan ölümünə səbəb olur


Digərləri 17 Dek 2018 18:54:00 347 0

Bəzi restoranlar insan ölümünə səbəb olur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bir neçə aydır ki,  Bakı, Sumqayıt, Gəncə və Abşeron yarmadasında müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən  iaşə obyektlərinin monitorinqini aparır. 

ETSN tərəfindən verilən vaxtdan bu günə qədər 223 iaşə obyektində müasir standartlara cavab verən qurğu quraşdırılıb.

Amma bəzi obyektlər isə qaydalara əməl etmədiyi üçün bağlanmaq üzrədir.,  "Özkardeşlər" və "Qızıl balıq" restoranları isə artıq məhkəmənin qərarı ilə bağlanıb.

Qarşıda məhkəmə tərəfindən 17 restoranın bağlanması nəzərdə tutulur.

Maraqlıdır ki, bağlanan ya da bağlanmaq üzrə olan restoranların müştəriləri də çoxdur.

Ola bilərmi ki, məhkəmənin qərarı ilə bağlanan restoranlar yenidən fəaliyyətlərini bərpa etsinlər?