PAŞA Bankın dəstəyi ilə “Paris Disneyland-ə səyahət” lotereyasının qalibləri mükafalandırılıb


Digərləri 17 Dek 2018 18:39:00 408 0

PAŞA Bankın dəstəyi ilə “Paris Disneyland-ə səyahət” lotereyasının qalibləri mükafalandırılıb

PAŞA Bankın dəstəyi ilə Priceless Specials loyallıq platformasının cari il üzrə nəticələri açıqlanıb və “Paris Disneyland-ə səyahət” lotereyasının qalibləri mükafalandırılıb

Bakı. Dekabrın 13-də PAŞA Bank tərəfindən MasterCard Beynəlxalq Ödəniş Sisteminin dəstəyi ilə Priceless Specials loyallıq platformasının cari il üzrə nəticələrinə və “Paris Disneyland-ə səyahət” lotereyasının yekunlaşmasına həsr olunmuş təqdimat mərasimi həyata keçirilib. Bankdan Trend-ə verilən məlumata görə, təqdimatda Priceless Specials proqramı üzrə göstəricilərin artım dinamikası iştirakçıların diqqətinə çatdırıldı. Proqramın 70-dən çox tərəfdaşına, ticarət məntəqələrinin nümayəndələrinə mükafatlar təqdim edilib. Mərasimin sonunda “Paris Disneyland-ə səyahət” lotereyasının qaliblərinə hədiyyələr təqdim edildi. Qeyd edək ki, bu lotereya 1 oktyabr 2018-ci il tarixdən 30 noyabr 2018-ci il tarixə kimi davam etmişdir və lotereyada Proqramın tərəfdaş ticarət məntəqələrində minimum 1 AZN olmaqla nağdsız ödəniş aparan MasterCard kartı sahibləri iştirak etmişdir.