Prezident İlham Əliyev Qətər Əmiri və müavinini təbrik edib


Siyasət 17 Dek 2018 18:13:00 919 0

Prezident İlham Əliyev Qətər Əmiri və müavinini təbrik edib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib.

illi.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına sülh və rifah diləyirəm".

Dövlət başçısı eyni zamanda Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Taniyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".