37 yaşında La Liqanın tarixinə düşdü


İdman 17 Dek 2018 18:00:00 867 0

37 yaşında La Liqanın tarixinə düşdü

Betis-in futbolçusu Xoakin Sançes adını La Liqa tarixinə yazdırıb.

Goal.az xəbər verir ki, 37 yaşlı futbolçu 16-cı tur çərçivəsində keçirilən Espanyol - Betis qarşılaşmasında iştirak edərək, La Liqada sayca 500-cü oyununa çıxıb. 

Sançes İspaniya La Liqası tarixində 500 və daha çox oyun keçirən 9-cu futbolçu olub.

La Liqada ən çox oyun keçirən futbolçu Barcelona-nın sabiq üzvü Andoni Subisarettadır. O, La Liqada 622 matçda iştirak edib.

Espanyol - Betis matçı qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.