Çilinin Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olunub


Digərləri 17 Dek 2018 17:30:24 322 0

Çilinin Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olunub

XİN-in Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Çilinin yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib

Bakı. Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Çilinin Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Qabriel Xaranı qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, P.Mirzəzadə Q.Xaraya Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu edib. Çilinin Azərbaycanda səfirliyinin fəaliyyətə başladığını qeyd edən Çili diplomatı iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib. Görüşdə Azərbaycan və Çili arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin