"Private Banking" müştəri ilə bank arasında etibara əsaslanan və uzunmüddətli münasibət deməkdir


Digərləri 17 Dek 2018 17:20:00 398 0

"Private Banking" müştəri ilə bank arasında etibara əsaslanan və uzunmüddətli münasibət deməkdir

Private Banking müştəriləri üçün yeni investisiya alətini tətbiq edir.

Bakı. Azərbaycanın aparıcı kommersiya bankı olan PAŞA Bank fiziki şəxslərə sindikat kreditlərinin təşkilində iştirak etmək imkanını yaratmaqla Private Banking müştəriləri üçün yeni investisiya alətini tətbiq edir. Trend-ə müsahibəsində PASHA Private Banking bölməsinin rəhbəri Orxan Cabbarov bu xidmətin müştərilərə vəd etdiyi fayda və Private Banking-la bağlı bankın gələcək planları haqqında bəhs edib. - Zəhmət olmasa, Azərbaycan bazarında yeni məhsul, fiziki şəxslərin iştirakı ilə sindikat krediti haqqında bir qədər ətraflı məlumat verin. - Məlumdur ki, kreditvermə hazırda işgüzar dairələrin tələbatına cavab verən əsas bank məhsullarından biridir. Kreditlərin verilməsində banklar təqribən eyni yanaşmanı tətbiq edirlər və burada fərq əsasən maliyyə təsisatlarının riskləri idarəetmə siyasətindən irəli gəlir. Digər tərəfdən, hər bir ölkədə bazarı tənzimləyən qurumun prudensial tələblərindən də çox şey asılıdır. Həcmi maliyyə təsisatı üçün müəyyən edilmiş limitləri aşan böyük kreditlərin verilməsinə gəldikdə isə bazar iştirakçısı prosesə digər vəsait təminatçılarını (bankları, maliyyə təsisatlarını və ya fiziki şəxsləri) cəlb edir. Beləliklə, maliyyə bazarının bir qrup iştirakçısı (sindikat) tərəfindən verilən kreditə sindikat krediti deyilir. Azərbaycanda sindikat kreditinin fiziki şəxslərin iştirakı ilə təşkili praktikasının yox səviyyəsində olmasına baxmayaraq, bankımızın Private Banking müştərilərinə bu imkanı yaratmaq qərarına gəldik. Müştərilərimizə qoşulmaq üçün təklif etdiyimiz bütün əqdləşmələrin şəffaf olmasını xüsusilə qeyd etmək istərdim. Müştərilərimizi sindikatın kredit vermək niyyətində olduğu şirkətin (onun razılığı əsasında) maliyyə göstəriciləri ilə tanış etməyə hazırıq; müştərilərimizin isə bu məlumatı təftiş məqsədilə auditor kimi üçüncü tərəfə təqdim etmək hüququ var. Digər tərəfdən, sindikatda özümüz də kreditor kimi iştirak edirik, yəni müştərimizin üzləşdiyi riskləri biz də öz üzərimizə götürürük. Bu amili nəzərə almaqla sindikat kreditinin tərəfləri PAŞA Bankın təcrübəsinə və ekspertizasına əsaslanaraq kreditvermə prosesinə qatılıb-qatılmamaq qərarını verə bilərlər. Beləliklə, müştərilərimizi bu səpkidə kreditin təşkilinə cəlb etməklə onlara əlavə qazanc imkanını yaradırıq. - Belədirsə, sindikat kreditinin təşkilindən əldə edilən gəliri maddi vəsaitlərin depozit hesabında yerləşdirildiyi kimi portfel gəliri ilə müqayisə etmək olar? - Müştəri nöqteyi-nəzərindən depozit müştəriyə müəyyən gəlir gətirən əsas vəsaitlərdən biridir. Lakin xarici valyutada yerləşdirilən depozitlərdən danışdıqda hazırda onların illik faiz dərəcəsi 0.1-0.3%, ən yaxşı halda isə 0.5% təşkil edir. Eyni zamanda, korporativ müştərilərə xarici valyutada verilən kreditlər üzərində tətbiq edilən faiz dərəcəsi 5-6%, bəzən arabir hətta 8% olur. Bir sözlə, Private Banking müştərilərimizi sindikat kreditləşməyə cəlb etməklə onlara ənənəvi investisiya alətləri ilə müqayisədə daha yüksək gəlir əldə etmək imkanını yaradırıq. - Sindikat kreditlərini hansı faiz dərəcələri ilə verməyi planlaşdırırsınız? - Ümumiyyətlə, kredit üzrə faiz dərəcəsi bir sıra amillərdən asılıdır; borc vəsaitinin cəlb edilməsinə çəkilən xərclər isə bu amillər arasında ən böyük əhəmiyyətə malikdir. Hər halda, faiz dərəcəsi fərdi qaydada müzakirə ediləcək və kreditləşmədə iştirak edən bütün tərəflər, o cümlədən Private Banking müştəriləri üçün əlverişli olacaq. - Müştərilərinizə daha hansı məhsul və xidmətləri təklif etmək iqtidarındasınız?