Qatı duman 21 uçuşun ləğvinə səbəb oldu


Dünya 17 Dek 2018 15:41:00 352 0

Qatı duman 21 uçuşun ləğvinə səbəb oldu

Güclü duman səbəbindən İranın Əhvaz Beynəlxalq Hava limanında ötən gecədən indiyədək 21 uçuş ləğv edilib və 3 uçuşda ləngimə yaranıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xuzistan vilayəti aeroportlarının baş direktoru Məhəmməd Rza Rzayi deyib.

Onun sözlərinə görə, ötən gecə saat 19:00-dan Əhvaz rayonunda güclü duman var və bu, uçuşlara təsir göstərib.