Bakı Ağ Şəhər piyada körpüsünün layihələndirilməsi başa çatır (FOTO)


Digərləri 17 Dek 2018 15:48:30 573 0

Bakı Ağ Şəhər piyada körpüsünün layihələndirilməsi başa çatır (FOTO)

Bakı Ağ Şəhər piyada körpüsünün layihələndirilməsi başa çatır.

Bakı. Bakı Ağ Şəhərin növbəti "landmark"ı olan piyada körpüsü şəhərsalmada mühüm məsələlərin həllini təqdim edir, həmçinin şəhər memarlığında estetik rol oynayır. Trend-in məlumatına görə, Ağ Şəhərdə salınacaq yüksək səviyyəli körpü layihənin şimal və cənubunu Nobel prospekti üzərindən birləşdirəcək və Bakının yeni rəmzlərindən birinə çevrilməsini vəd edir. Eni 7-14 metr, uzunluğu 237 metr olan körpünün üst qatı cənubda "Baku City Mall" alış-veriş mərkəzinin 3-cü mərtəbəsinə, şimalda eyni zamanda Fəvvarələr meydanının mərkəzinə, 1-ci Fəvvarələr küçəsinə, alt qatı isə Nobel prospektində yerləşən Zaman meydanına çıxacaq. Piyadalar, həmçinin körpüdə yerləşdiriləcək eskalator və liftlər vasitəsilə Ağ Şəhər metro stansiyasına rahat gediş-gəliş əldə edəcəklər.