Xarici cizgi filmlərin təsirində qalan uşaqlar


Digərləri 17 Dek 2018 15:31:00 424 0

Xarici cizgi filmlərin təsirində qalan uşaqlar

İndiki uşaqların izlədiyi cizgi filmlər arasında nə "Cırtdan" var, nə "Tülkü həccə gedir", nə də "Meşəyə insan gəlir". "Tıq-tıq" xanımın dəvə çuxuruna düşdüyündən belə xəbərsizdirlər. Son.az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Sakin: "Bunların dövründə o filmlər onlar üçün artıq maraqsızdır. Yeniləmək lazımdır, çəkmirlər. Çəksələr, niyə baxmasınlar".

Sakin: "Bizdə hələ də qədimdə qalıb. Bunları inkişaf etdirsək, bir az müasir dövrə görə bəlkə uşaqların da marağı olar". Belə olan halda uşaqlar da bizim cizgi personajlarımızın əvəzinə Maşa, Ben Ten, Pepe kimi xarici cizgi qəhrəmanları tanıyır, sevir və nümunə götürürülər. Elçin Hami Axundov - Animasiya rejissoru: "Animasiya filmləri də hamısı xaricilərindir, türklərindir. Fikir verirəm uşaqlar türk sözlərindən çox istifadə edirlər". Hazırda uşaqları cəlb edən yerli cizgi filmlərinin olmamasının ən böyük fəsadı balacaların əksəriyyətinin ana dili əvəzinə izlədikləri cizgi filmlərinin dilində danışmasıdır. Gülşən Tofiqqızı - Yazıçı: "Cizgi filminə çox diqqət etmək lazımdır, çünki buna baxan auditoriya tamam başqa auiditoriyadır, görüb-götürən auditoriyadır". Azərbaycanın tele arxivində 150-dən çox cizgi filmləri var. Əvvəlki illərlə müqayisədə ildə 4-5 cizgi filmləri çəkilirdisə, növbəti illərdə bu göstərici ildə bir dəfəyə qədər enib. Yeni cizgi filmlərinin çəkilməməsinin ən başlıca səbəbi isə maddiyyatla bağlıdır. Elçin Hami Axundov - Animasiya rejissoru: "90-cı illərdə maaliyyə dəstəyi olmadı, biz artıq ildə güclə bir dənə film çəkirdik. Tələbələrim İsraildən tutmuş "Disney" studiyasında, Sankt Peterburqda, Moskvada, Fransada, Almaniyada, Türkiyədə işləyirlər. O tələbələr ki, animasiya kurslarını qurtardılar 90-cı illərdə mən onları işlə təmin edə bilmədim onlar bütün dünyaya səpələndilər. Onlar indi qalsaydılar, əməlli-başlı filmlər çəkərdik biz". Gülşən Tofiqqızı - Yazıçı: "Yeddi dənə ssenari yazdım bu 3D-yə uyğun, təriflədilər, yenə qaldı. Nə mövzu verirlər, inanırsız, yazıram, deyirəm təki siz çəkəsiz. İstedadlı adamlar var, yaxşı ssenarilər də var, maliyyə mənbəyi ən çətin mövzudur". Müsahiblərimizin təbirincə desək, nə qədər ki, magikanlar sağdır onlardan faydalanaraq yerli cizgi filmlərinə təkrar nəfəs verməyin əsl vaxtıdır. Əks halda, istər dil, istərdə də mentalitet sarıdan xarici cizgi filmləri bizim "gələcəyimiz"i udacaq. Nə qədər gec deyil qarşısını almaq lazımdır.


Xəbərə aid fotolar