Lavrov: "Ermənistanda amerikalı diplomatlar rusiyalılardan sayca çoxdur"


Dünya 17 Dek 2018 15:36:00 569 0

Lavrov: "Ermənistanda amerikalı diplomatlar rusiyalılardan sayca çoxdur"

Rusiya Ermənistanda ABŞ kimi özünə bağlı QHT-lər yaratmağı, yaxud səfirliyinin ştatını artırmağı düşünmür.

Son.az report-a istinadən xəbər verir ki, bunu "Komsomolskaya pravda" nəşrinə müsahibəsində Ermənistanda amerikapərəst QHT-lərin çoxalması və ABŞ səfirliyinin ən böyük xarici səfirliklərdən biri olması barədə verilən suala cavabında deyib.

"Amerikalıların öz iş meyarları var. Bizim isə öz adətlərimiz, maliyyə çərçivələrimiz var. Keçmiş Sovet İttifaqı məkanında fəaliyyət göstərən bütün bu QHT-lər şəbəkəsi xeyli məsrəf deməkdir. Onların böyük əksəriyyətinin donoru USAİD, yaxud Respublikaçılar Partiyasının nəzarət etdiyi müxtəlif beynəlxalq qurumlardır. Həmçinin Corc Soros da, əlbəttə, böyük fəaliyyət göstərir", - rusiyalı nazir deyib.