2019cu ildə Azərbaycandan Almaniyaya ixrac missiyaları gözlənilir


Digərləri 17 Dek 2018 14:55:00 312 0

2019cu ildə Azərbaycandan Almaniyaya ixrac missiyaları gözlənilir

"Azərbaycan və Almaniya arasında sıx əməkdaşlığın olduğunu hər iki tərəfin dəstəyi ilə əhəmiyyətli iqtisadi tədbirlər və ticarət yarmarkalarının təşkili sübut edir".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann deyib.

O bildirib ki, Palata "Messe München"in (dünyada aparıcı sərgi şirkətlərindən biri) Azərbaycan və Gürcüstanda rəsmi nümayəndəsidir: "Biz hər iki tərəfin şirkətlərinə texniki dəstək göstəririk və onların Münxendə keçirilən sərgilərdə eksponent və ya ziyarətçi kimi iştirakına kömək edirik".

T.Baumann vurğulayıb ki, hər ilin oktyabr-noyabr aylarında Palata Almaniya-Azərbaycan biznes-forumu təşkil edir: "Bu, unikal biznes-platformadır, Almaniya və Azərbaycandan olan şirkətləri yeni layihələrin təqdim olunması və gələcək əməkdaşlıq və tərəfdaşlıq imkanlarının müəyyənləşdirilməsi üçün birləşdirir".

İcraçı direktor xatırladıb ki, noyabrda Azərbaycan qida, tekstil və mebel sənayesində fəaliyyət göstərən 28 şirkətin nümayəndələrinin iştirakı ilə Berlinə ixrac missiyası təşkil edib.